“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən təyyarə Tbilisidə əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanı kimi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Bu barədə Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib.
Məlumata görə, qərar təyinat hava limanında müşahidə olunan əlverişsiz meteoroloji şəraitlə əlaqədar hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Hava limanı təyyarəyə mövcud prosedurlara uyğun xidmət göstərib.
AZAL-dan bildirilib ki, meteoroloji şərait yaxşılaşdıqdan sonra reys Tbilisiyə uçuşunu davam etdirəcək.
Mənbə: anews.az