Image

Belqoroda PUA hücumunda xəsarət alanların sayı 42-yə çatıb

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə PUA hücumu nəticəsində xəsarət alanların sayı 42 nəfərə çatıb.

Bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.

Kuznetsovun sözlərinə görə, onlardan 32-si xəstəxanaya yerləşdirilib, daha 10 nəfərə ambulator tibbi yardım göstərilib. Dörd zərərçəkənin vəziyyəti ağırdır.

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumu mayın 6-da baş verib. Borisov rayonunun Berezovka kəndi yaxınlığında iki avtobus və bir avtomobil hücuma məruz qalıb.

BAKU.WS

Xəbər lenti

Faktiki hava açıqlanıb