Tbilisidən Bakıya niyə bilet tapmaq olmur?
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletləri satışdadır və onları həm onlayn, həm də kassalardan almaq mümkündür. Bunu Azərbaycan Dəmir Yollarının (ADY) sədrinin müşaviri Azər Fərəcov anews.az-ın sualına cavab olaraq bildirib. Fərəcovun sözlərinə görə, Tbilisidən Bakıya hərəkət edən reysə tələbat əks istiqamətlə müqayisədə daha yüksəkdir. “Hazırda biletlər sistemdə satışdadır. Həm onlayn, həm də kassadan almaq mümkündür. Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha çoxdur. Bu da ölkə ərazisində quru sərhədlərin bağlı olması səbəbindən qatarlara daha çox tələbatın yaranması ilə izah olunur,” – Fərəcov deyib. Gülnar Nazimqızı
Mənbə: anews.az