Image

ADY: Bakı-Tbilisi-Bakı marşrutunda köhnə vaqonların istifadəsi risk yaratmır

Bakı–Tbilisi–Bakı marşrutunda yeni qatarın tərkibinə köhnə tipli vaqonların qoşulması ilə bağlı hər hansı təhlükə yoxdur. Bunu Azərbaycan Dəmir Yollarının (ADY) sədrinin müşaviri Azər Fərəcov anews.az-ın sualını cavablandırarkən deyib. “Bununla bağlı hər hansı risk və təhlükə yoxdur. Köhnə vaqonlar istismar qaydalarına tam uyğundur. Vaqonlar həmin qatarın sürəti ilə hərəkət edəcəklər,” – Fərəcov bildirib. Onun sözlərinə görə, istismara cəlb olunan bütün vaqonlar texniki tələblərə cavab verir və təhlükəsizlik normalarına uyğun şəkildə istifadə olunur. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti