Azərbaycana gələn birdəfəlik ziyarətçilərin çoxu tranzit məqsədilə səfər edib
2026-cı ilin yanvar-mayında Azərbaycana 564 237 turist gəlib. Onlardan 16 800 nəfəri birdəfəlik ziyarətçi olub.
Birdəfəlik ziyarətçilərin 14 381 nəfəri və ya 85,6%-i Azərbaycana tranzit məqsədilə səfər edib.
Ən çox birdəfəlik ziyarətçi digər ölkələrdən gəlib — 7 502 nəfər. Sonrakı yerlərdə Rusiya — 5 040 nəfər, Türkiyə — 3 398 nəfər, Gürcüstan — 745 nəfər və İran — 115 nəfərlə qərarlaşıb.
Beş ayda birdəfəlik ziyarətçilər Azərbaycanda 7,06 milyon manat xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% çoxdur. Xərclərin 5,67 milyon manatı nəqliyyat xidmətlərinin payına düşüb.
N.Təbrizli
Mənbə: anews.az