Dərman preparatlarının qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları iki ayrı fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimat və dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb. Bu barədə DGK məlumat yayıb.
Məlumata görə, "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan istifadə edilməklə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən, qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkarlanıb.
Digər nəqliyyat vasitəsinə baxış zamanı isə üzərində "Zoladex 3.6 mg" yazısı olan, gömrük orqanına bəyan edilməyən 55 ədəd dərman preparatı aşkar edilib.
DGK bildirib ki, hər iki fakt üzrə araşdırma aparılır.
Mənbə: anews.az