Image

Ali Məhkəmə Plenumu iki qərar qəbul edib

Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun növbəti iclasında podrat müqavilələrindən irəli gələn mübahisələr, inzibati məhkəmə aktları və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər müzakirə olunub.

Ali Məhkəmədən verilən məlumata görə, iclasda "Podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Plenum qərarı və həmin qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edilib.

Plenum, həmçinin "Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında" 20 fevral 2023-cü il tarixli qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayışı müzakirə edib.

İclasda, həmçinin "Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı məhkəmə aktlarına dair" Plenum qərarı və həmin qərarın tətbiqinin monitorinqinin aparılması ilə bağlı qərar layihəsi müzakirə olunaraq təsdiqlənib.

Ali Məhkəmənin məlumatına görə, qəbul edilən qərarlar məhkəmə təcrübəsində qanunvericiliyin vahid tətbiqinin təmin edilməsinə və məhkəmələrin fəaliyyətinin monitorinqinin gücləndirilməsinə xidmət edir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Azərbaycan nefti bahalaşıb