Azərbaycan və İordaniya qarşılıqlı viza rejimini ləğv edir
Azərbaycan və İordaniya ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı viza rejiminin ləğvini nəzərdə tutan saziş imzalayıblar. Bu barədə İordaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ayman Safadi Bakıda keçirilən görüşdən sonra imzalayıblar.
Tərəflər, həmçinin iki ölkənin hökumətləri arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna da imza atıblar.
Əymən Əs-Safadi Azərbaycana rəsmi səfər çərçivəsində gəlib. Səfər zamanı o, İlham Əliyev tərəfindən qəbul edilib və Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az