Image

"Qarabağ"ın Avropa Liqası oyununa görə Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın İslandiyanın "Vestri" klubu ilə keçirəcəyi ev oyunu ilə əlaqədar sabah Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Bakı Metropoliteni"nin yaydığı məlumata görə, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna yaxın yerləşən Gənclik metrostansiyası kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq gücləndirilmiş rejimdə işləyəcək.

Məlumata əsasən, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə stansiyada əlavə işçi qüvvəsi cəlb olunacaq, sərnişin axınının idarə olunmasına xüsusi diqqət yetiriləcək. Eyni zamanda, Nərimanov metrostansiyası və 28 May metrostansiyasında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Qarşılaşmadan sonra isə qatarların hərəkəti sərnişin sıxlığı nəzərə alınmaqla xüsusi rejimdə tənzimlənəcək.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq