Image

Azərbaycanda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminin vaxtı açıqlanıb

2026–2027-ci tədris ili üzrə Azərbaycan bölməsi üçün məktəbəhazırlıq qruplarına məktəb seçimi Bakı şəhəri istisna olmaqla digər rayon və şəhərlərdə iyulun 13-də saat 11:00-dan, Bakı şəhərində isə həmin gün saat 15:00-dan başlayacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçiminə iyulun 14-də saat 11:00-dan start veriləcək.Bu barədə APA xəbər verir.

Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 12-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin qəbulu isə sentyabrın 1-dən 30-dək həyata keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti