Image

SOCAR-ın yanacaq daşıyan avtomobili Bakıda yanacaqdoldurma məntəqəsinə çırpılıb - video

Bakıda SOCAR-a məxsus yanacaq daşıyan avtomobil yol-nəqliyyat hadisəsindən sonra yanacaq doldurma məntəqəsinə çırpılıb.

Hadisə paytaxtın Mikayıl Əliyev küçəsində gecə saat 04:00 radələrində baş verib.

İlkin məlumata görə, yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşduqdan sonra Lukoil şirkətinə məxsus yanacaq doldurma məntəqəsinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar və ya yanğın baş verməsi barədə rəsmi məlumat açıqlanmayıb.

Məsələ ilə bağlı SOCAR-a sorğu göndərilib. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib