SOCAR-ın yanacaq daşıyan avtomobili Bakıda yanacaqdoldurma məntəqəsinə çırpılıb - AÇIQLAMA-video
Bakıda SOCAR-a məxsus yanacaq daşıyan avtomobil yol-nəqliyyat hadisəsindən sonra yanacaq doldurma məntəqəsinə çırpılıb.
Məsələ ilə bağlı “SOCAR PETROLEUM”un İctimaiyyətlə əlaqələr şöbə müdir Afaq Rza anews.az-a bildirib ki, Bakı şəhəri Mehdi Abbasov küçəsində "SOCAR PETROLEUM" QSC-yə məxsus yanacaq daşıyan avtomobil qəzaya uğrayıb. Avtomobilin çənində hər hansı yanacaq məhsulu olmayib. Hazırda qəzanın baş vermə səbəbləri ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
****
Bakıda SOCAR-a məxsus yanacaq daşıyan avtomobil yol-nəqliyyat hadisəsindən sonra yanacaq doldurma məntəqəsinə çırpılıb.
Hadisə paytaxtın Mikayıl Əliyev küçəsində gecə saat 04:00 radələrində baş verib.
İlkin məlumata görə, yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşduqdan sonra Lukoil şirkətinə məxsus yanacaq doldurma məntəqəsinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar və ya yanğın baş verməsi barədə rəsmi məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı SOCAR-a sorğu göndərilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az