Image

Zaqatalada sel səbəbindən köməksiz qalan beş nəfər xilas edilib - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumat əsasında FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri hadisə yerinə cəlb edilib.

Nazirliyin həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb.

 

Mənbə: anews.az

Xəbər lenti