Bakı-Qazax yolunda qarpızla yüklənmiş "Ford" aşıb
Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin aşması nəticəsində yolda nəqliyyatın sıxlığı yaranıb.
Qəza bu gün saat 16:00 radələrində magistralın 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza səbəbindən magistralın paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az