Image

Goranboyda maşınlar toqquşub, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2107” markalı abtomobillərin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Şəhla Xəlilova, 2020-ci il təvəllüdlü Elfina Xəlilova və 2023-cü il təvəllüdlü Aylin Xəlilova xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisənin səbəbləri araşdırılır. 

Mənbə: anews.az

Xəbər lenti