Image

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.

"Report" xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.

16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.

Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.

 

Mənbə: anews.az

Xəbər lenti