Cəlilabadda qəza: Xəsarət alan var - FOTO
Cəlilabad rayonunda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Təzəkənd kəndi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS


Mənbə: baku.ws