Bu ölkədə istidən 61 nəfər ÖLDÜ
Taylandda bu il isti hava səbəbindən 61 nəfər ölüb.
Gundem.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Tayland Səhiyyə Nazirliyi açıqlama yayıb.
Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekordu olan 44,6 dərəcə yaxınlaşıb.
Ölkədə isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Mənbə: gundem.az