Bakıda piyadanı avtomobil vurub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb.
Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.
BAKU.WSMənbə: baku.ws