Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olan "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı, Azərbaycan vətəndaşı Səməd Nəsrullayevin nəşi tapılaraq Odessaya gətirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in məlumatına görə, zəruri prosedurlar başa çatdıqdan sonra cənazə Azərbaycana göndəriləcək.
Nazirlik həlak olan kapitanın ailəsinə və yaxınlarına başsağlığı verərək, Allahdan ona rəhmət diləyib.
Mənbə: anews.az