Image

Arıqlama məhsullarında insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb

Sosial şəbəkələrdə satılan bəzi arıqlama çayları, qəhvələri, şokoladları və bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb. Bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Agentliyin 2026-cı ilin ilk 6 ayının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AQTA-nın laborator müayinələri zamanı yoxlanılan arıqlama məhsullarının hamısında ürək-damar sistemi üçün ciddi risk yaradan sibutramin maddəsi aşkarlanıb. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokoladların tərkibində bəyan edilməyən sildenafil maddəsi müəyyən edilib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti