Image

Azərbaycanda ilk dəfə dəvə ətinin mənşəyi laboratoriyada müəyyən ediləcək

Azərbaycanda bu ildən etibarən ilk dəfə olaraq dəvə ətinin mənşəyinin laborator şəraitdə müəyyənləşdirilməsinə başlanılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya şəbəkəsinin imkanları son dövrdə daha da genişləndirilib. Hazırda laboratoriyalarda mənşə təyini üzrə 10-dan artıq heyvan növü, o cümlədən bu ildən ilk dəfə dəvə əti üzrə analizlər aparılır.

Əli Nəbiyev bildirib ki, 2026-cı ilin ilk 6 ayı ərzində AQTİ-nin laboratoriyalarında ümumilikdə 545 min 252 müayinə həyata keçirilib. Aparılan analizlərdə uyğunsuzluq göstəricisi cəmi 0,28 faiz təşkil edib.

Aytac

O

Mənbə: anews.az

Xəbər lenti