Image

AQTA 2254 müəssisədə 2586 yoxlama keçirib

2026-cı ilin altı ayında Qida Təhlükəsizliyi Agentliyi 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.   Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.

O bildirib ku, ciddi nöqsanlar müəyyən edilən 316 obyektin fəaliyyəti dayandırılıb, nöqsanları aradan qaldırılan 95 obyektin fəaliyyəti isə bərpa edilib.

Bundan əlavə, uyğunsuzluğu müəyyən edilən 1 610 ton, 450 min litr və 130 min ədəd məhsulun dövriyyəsi məhdudlaşdırılıb, 430 ton məhsul məhv edilib. Reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30 tondan çox ət, eləcə də 430 kiloqramdan artıq at əti aşkar edilərək dövriyyədən çıxarılıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti