Image

Əli Nəbiyev: 14 heyvan bazarından 11-nin fəaliyyətinə icazə verilib

 

Azərbaycanda fəaliyyət göstərən 14 heyvan bazarından 11-i sağlamlaşdırılma və qeydiyyat prosesini tamamladıqdan sonra yenidən fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev Agentliyin 2026-cı ilin ilk 6 ayının yekunlarına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fəaliyyəti bərpa olunmayan heyvan bazarlarının açılmasına onların qida təhlükəsizliyi və baytarlıq tələblərinə tam uyğunlaşmaması səbəbindən hələlik icazə verilməyib. Hazırda həmin bazarlarda uyğunlaşdırma işləri davam etdirilir.

Əli Nəbiyev tələblərə operativ şəkildə əməl edən sahibkarlara təşəkkür edərək bildirib ki, heyvan bazarlarının beynəlxalq standartlara uyğunlaşdırılması heyvan rifahının, heyvan sağlamlığının və nəticədə əhalinin sağlamlığının qorunmasına xidmət edir.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti