İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb*
Bu gün Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Belə ki, bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb. ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya daxil olmaqla 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur. Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokol imzalanıb. 39 müəssisəmizin 65 məhsulu Çinin CIFER elektron reyestrində qeydiyyatdan keçib.
Aytac
Mənbə: anews.az