Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib.Bu barədə Kənd Təsərrüfatı NNazirliyidən məlumat verilib.
Məlumata görə, ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na uyğun olaraq həmin ərazilərdə torpaqların icarəyə verilməsi davam etdirilir.
Bu il aprelin 30-da elan edilmiş III investisiya müsabiqəsi üzrə sənəd qəbulu iyunun 15-də yekunlaşıb. Müsabiqədə iştirak üçün ümumilikdə 193 sahibkarlıq subyekti müraciət edib.
İyulun 14-də III investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı sms vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.
Mənbə: anews.az