Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
08:37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
Mənbə: anews.az