Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq
Naxçıvan şəhərində iyulun 19-da 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Bildirilib ki, iyulun 19-da saat 02:00-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarda, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsi və Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa, eləcə də yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: anews.az