Image

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, dörd nəfər xəsarət alıb

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, dörd nəfər - sürücü Q.Vahidov, sərnişinlər Ə.Əzizov, E.Ömərov və C.Ağayev xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb