Image

Ağdamda həyətyanı və əkin sahələrini sel basıb - FOTO

Son günlər ölkə ərazisində havanın yağışlı keçməsi çaylarda sel sularının artmasına səbəb olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən günlərdə Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti Qarqar çayının daşmasına səbəb olub.

Qarqar çayında suyun səviyyəsinin artması nəticəsində Ağdam rayonun Hacıməmmədli, Əfətli kəndlərinin əkin sahələri və fərdi yaşayış evinin həyətləri sel suları altında qalıb. Hazırda Ağdam mexaniki suvarma idarəsinin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Sel sularının qarşısın almaq üçün tədbirlər görülür.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb