Xocavənddə minalanmış ərazi yanır
Xocavənd rayonunda açıq ərazidə yanğın başlayıb.Bu barədə "Qafqazinfo" xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Mənbə: anews.az