Image

Avropa Məhkəməsinin yeni sədri O OLDU

Avropa İnsan Haqları Məhkəməsinin yeni sədri sloveniyalı Marko Bosnyak olacaq.

Gundem.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Bosnyak iyulun 2-də sədr səlahiyyətlərinin icrasına başlayacaq. O, bu vəzifədə İrlandiyalı hakim Siofra OLirini əvəz edəcək.  Bosnyak 1974-cü ildə Sloveniyanın paytaxtı Lyublyanada anadan olub və 1996-cı ildə Lyublyana Universitetinin hüquq fakültəsini bitirib. Bosnyak 2016-cı ildə Avropa İnsan Haqları Məhkəməsinin hakimi seçilib və 2022-ci ildən məhkəmənin sədr müavini vəzifəsində çalışıb. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin sədri Məhkəmənin Baş Assambleyası tərəfindən 3 il müddətinə seçilir. (Sfera.az)

Xəbər lenti

Faktiki hava açıqlanıb