Image

FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Nazirlik küləkli hava şəraitində dənizə girməyin həyati təhlükə yaratdığını bir daha xatırladaraq vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

FHN bildirib ki, qaydalara etinasız yanaşmaq insan həyatı üçün ciddi risk yaradır.

Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara 112 qaynar xəttinə zəng etməyi tövsiyə edib.

Mənbə: anews.az

Xəbər lenti