Image

Ötən həftə 700-ə yaxın yanğın hadisəsi qeydə alınıb

Ötən həftə Azərbaycanda 672 yanğın hadisəsi qeydə alınıb, Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri 55 nəfəri xilas edib.

FHN-in məlumatına görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında ötən həftə 672 yanğın hadisəsinə, 48 köməksiz vəziyyətdə qalma faktına və 5 yol-nəqliyyat qəzasına müdaxilə olunaraq qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlik bildirib ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb və insanların həyatının xilas olunması təmin edilib.

Hesabat dövründə FHN əməkdaşları 15-i azyaşlı olmaqla ümumilikdə 55 nəfəri xilas edib, 30 nəfəri təxliyə edib, 9 nəfərin meyitini isə aidiyyəti üzrə təhvil verib.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb