Image

Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək

Təmir işləri ilə əlaqədar iyulun 20-də Bakının Nizami rayonunun bir hissəsində və Astara rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.

"Azərişıq" ASC-nin məlumatına görə, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qurumun bildirdiyinə görə, eyni zamanda Astara Elektrik Şəbəkəsinə daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından qidalanan 35 kV-luq "Lovayın" hava xəttində də planlı təmir işləri aparılacaq.

Bu səbəbdən saat 15:00-dan 16:00-dək Astara rayonunun Pensər, Kakalos, Şahağacı, Lovayın, Siyaku, Hamoşam, Toradi, Təngərud və Çayoba kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

"Azərişıq" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin abonentləri daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

 

Mənbə: anews.az

Xəbər lenti

Prezident Almaniyaya gedib