Image

Avstriya Azərbaycana yeni səfir təyin edib

Etyen Berxtold Avstriyanın Azərbaycandakı yeni səfiri təyin olunub və avqustun sonunda diplomatik missiyanın rəhbəri kimi fəaliyyətə başlayacaq. Bu barədə Avstriyanın Bakıdakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Berxtold Azərbaycana təyin olunmazdan əvvəl, 2022-ci ilin avqustundan etibarən Avstriyanın Birləşmiş Ərəb Əmirliklərində səfiri vəzifəsində çalışıb.

O, həmçinin Avstriyanın Federal Kanslerliyində Karl Nehammer, Aleksandr Şallenberq və Sebastyan Kurtsun xarici və Avropa siyasəti məsələləri üzrə mətbuat katibi kimi fəaliyyət göstərib.

İxtisasca hüquqşünas olan Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Mənbə: anews.az

Xəbər lenti

Prezident Almaniyaya gedib