Image

Qazaxda ata və qızı göldə batıb, axtarışlar davam edir

Qazax rayonunda iki nəfər göldə batıb.

Hadisə rayonun Didvan gölündə baş verib. İlkin məlumata görə, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı göldə batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda batan şəxslərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Prezident Almaniyaya gedib