Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb
Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb.
“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.
“Yeni Kaledoniyada güllə yarası alan mobil dəstədən olan jandarm indicə keçindi. Bütün düşüncələrimiz onun ailəsi, yaxınları və həmkarlarının yanındadır. Heç nə zorakılığa haqq qazandıra bilməz. İctimai asayiş bərpa olunacaq”, - o “X” sosial şəbəkəsində yazıb.
BAKU.WS