KTM-də xəstələrin plastik xərəkdə daşınmasına aydınlıq gətirilib
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (KTM) xəstələrin PVC borulardan hazırlanmış xərəkdə daşındığını əks etdirən görüntülər yayılıb.
Sözügedən görüntülərlə bağlı TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) maqnit-rezonans tomoqrafiyası (MRT) zamanı xəstələrin təhlükəsizliyini təmin etmək məqsədilə maqnit sahəsinə reaksiya verməyən plastik materiallardan xüsusi hazırlanıb.
Qurumun məlumatına görə, MRT müayinəsi zamanı xəstələrin müayinə aparatına təhlükəsiz şəkildə yerləşdirilməsi üçün metal olmayan xüsusi katalkalardan istifadə edilir.
TƏBİB qeyd edib ki, bu yanaşma beynəlxalq praktikada da tətbiq olunan aşağı büdcəli və səmərəli həllərdən biridir.
Mənbə: anews.az