Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.
"Report" xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az