Image

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.

Gundem.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Mənbə: gundem.az

Xəbər lenti