Image

AQTA Gəncə və Samuxda qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər aparıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhərində və Samux rayonunun Zazalı, Çobanabdallı kəndlərində qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər keçirib.

AQTA-nın məlumatına görə, meyvə bağları və parklarda fitosanitar müşahidələr aparılıb, zərərvericinin izlənilməsi üçün feromon tələlər quraşdırılıb.

Agentlik həmçinin yerli sakinlərə qəhvəyi mərmər bağacığının yayılma yolları və ona qarşı mübarizə üsulları barədə məlumat verib, maarifləndirici çap materialları paylayıb.

Mənbə: anews.az

Xəbər lenti