Image

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb - yenilənib

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:

"Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb",-  məlumatda deyilir. 

Mənbə: anews.az

Xəbər lenti