"Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur" - Paşinyan
Baş nazir Nikol Paşinyan ötən gün Tavuşda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.
Gundem.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
Mənbə: gundem.az