80 yaşlı Robert De Niro: "13 aylıq qızım məni qarşılıqsız sevir" - FOTO
Yeddinci dəfə yenidən ata olan Robert De Niro bu barədə ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, aktyor 13 aylıq qızı Ciyanın ona fərqli hislər yaşatdığını bildirib.
"Saf sevincimdir. Həyatda məni qarşılıqsız sevən tək adamdır" - deyə, Robert qeyd edib.
Aktyorun bu açıqlaması müsahibənin ən diqqət çəkən məqamı olaraq müzakirələr yaradıb.
Xatırladaq ki, Ciya De Nironun 45 yaşlı sevgilisi Tiffani Çenlə münasibətindən dünyaya gəlib.
BAKU.WS

