Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
Neftçalada aldığı güllə yarasından öldüyü ehtimal edilən insana aid kəllə sümüyü tapılıb.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, skelet Kürün Xəzərə töküldüyü ərazidə - Mayak kəndində aşkarlanıb. Onun üzərində güllə izinin olması diqqətdən yayınmayıb.
Kəllə sümüyü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS

Mənbə: baku.ws