Image

Azərbaycan Turizm Bürosu hotellər üçün onlayn rəy platforması yaradacaq

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli hotellərdə qalan qonaqların rəylərinin onlayn toplanması və hotellərin auditində istifadə olunması üçün hazırlıqlara başlayıb.

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli hotellərdə qalan şəxslərin rəylərinin onlayn qaydada qəbulunu təmin edəcək platformanın yaradılmasına başlayıb.

Layihə çərçivəsində hotellərin auditi zamanı qonaq rəylərinin vahid onlayn platforma üzərindən idarə olunması nəzərdə tutulur.

Platforma Almaniyanın "TrustYou GmbH" şirkətinin dəstəyi ilə yaradılacaq. Bunun üçün şirkətə 14,4 min manat ödəniləcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub