"Neftçi" və "Qarabağ"ın oyunları ilə əlaqədar Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
"Neftçi" və "Qarabağ" futbol klublarının UEFA turnirlərində keçirəcəyi oyunlarla əlaqədar Bakı metropoliteni iki gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, azarkeş axını nəzərə alınaraq xüsusi əməliyyat planı hazırlanıb.
Bu gün keçiriləcək "Neftçi" – "Dinamo" (Belarus) oyunu ilə əlaqədar 8-ci km stadionunun yaxınlığındakı "Xalqlar dostluğu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və sərnişin axınına nəzarət gücləndiriləcək.
Sabah baş tutacaq "Qarabağ" – ÇSKA (Bolqarıstan) qarşılaşması zamanı isə "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.
Qurum bildirib ki, ehtiyat qatarlar xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq. Oyunlardan sonra sərnişin sıxlığı yaranacağı təqdirdə, qatarların hərəkəti operativ şəkildə tənzimlənəcək.
Məlumata əsasən, hər iki gün metropolitenin qatarları ümumilikdə mövcud yay qrafikinə uyğun fəaliyyət göstərəcək.
Mənbə: anews.az