Image

Sabah Biləsuvarda 16 mindən çox abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Report"un məlumatına görə, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb

Azərbaycan nefti ucuzlaşıb