Məşğulluq Agentliyində yeni təyinat
Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.
Bizim.media xəbər verir ki, bu barədə Agentlikdə müvafiq əmr imzalanıb.
Ağayev Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim olunub.
Elzar Ağayev 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində fəaliyyət göstərib.
Mənbə: anews.az